İran XİN rəhbəri Tehran Vaşinqton danışıqları üçün Romaya getdi

23.05.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün səhər saatlarında İranın xarici işlər naziri Abbas Əraqçı Tehran-Vaşinqton danışıqlarının beşinci raundunda iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Romaya yollanıb.

"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib.

Xatırladaq ki, tərəflər indiyə qədər Oman vasitəsilə dörd raund danışıqlar aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью