İran XİN: Tehran Azərbaycanla münasibətlərin möhkəmlənməsinə ümid edir

28.05.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"İran İslam Respublikası Azərbaycan xalqını və hökumətini 28 May - Müstəqillik Günü münasibətilə təbrik edir və ölkəyə inkişaf və rifah, eləcə də ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsini arzulayır", - paylaşımda bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью