İran XİN: Tehran Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların bərpasına hazırdır

21.01.2025

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFB) üzrə danışıqların bərpasına hazır olduğunu bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi deyib.

"Biz həmişə buna hazırıq. Əgər digər tərəflər də hazırdırsa, hesab edirik ki, danışıqlar baş tutacaq və nəticə verəcək", - o bildirib.

Nazir müavini İran tərəfinin dialoq və anlaşma üçün imkanlar gördüyünü əlavə edib.

Qəribabadi həmçinin İranın nüvə proqramının dinc məqsədli olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью