Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran nüvə silahı istehsal etməyəcək, çünki bu, ölkə rəhbərliyi tərəfindən qadağan olunub.
Reyting.az xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi iranlı deputat Məhəmməd Qasim Osmaninin Qərblə danışıqlarda “bərabərliyi” təmin etmək üçün atom bombası yaratmaq təklifini şərh edərkən deyib.
İ. Bəqayi əlavə edib ki, İran heç vaxt, heç bir halda nüvə silahı yaratmaq yolu ilə getməyəcək: “Bu, Ali Rəhbərin (Ayətullah Əli Xamneinin-red.) fətvasına əsaslanan strategiyamızın tərkib hissəsidir”.
ELÇİN