İran XİN: Tərəfimizdən ABŞ tərəfinə heç bir sorğu göndərilməyib

08.07.2025

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Tehranın Vaşinqtonla danışıqlarda maraqlı olması barədə bəyanatlarını rədd edib.

Bunu İran XİN-in rəsmi nümayəndəsi İsmail Bəqai bildirib.
"Bizim tərəfimizdən ABŞ tərəfinə görüş ilə bağlı heç bir sorğu göndərilməyib", - o vurğulayıb.
İ.Bəqai D.Trampın bəyanatlarını ABŞ-yə inamın itirilməsi fonunda güc nümayiş etdirmək cəhdi adlandırıb(report).
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью