İran XİN Türkiyəyə təşəkkür edib

10.02.2026

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Region ölkələrinin İran-ABŞ danışıqlarında xoşməramlı yanaşmasını yüksək qiymətləndiririk".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü sözçüsü İsmayıl Bekayi mətbat konfransında deyib.

O, danışıqlar prosesinin alınmasında Türkiyənin rolunu xüsusi qeyd edib: "Bütün qonşulara, xüsusən də Türkiyəyə danışıqlarla bağlı səylərinə görə təşəkkür edirik".

Bekayi daha sonra əvvəlcə İstanbulda nəzərdə tutulan görüş yerinin Omana dəyişməsinə də aydınlıq gətirib: "Keçmiş təcrübələrə və müxtəlif səbəblərə əsaslanaraq, danışıqların ABŞ-ın iyun ayında danışıqlar masasını dağıtdığı Omanda keçirilməsini istədik".

Bekayi bildirib ki, İranın maraqlarını diplomatiya yolu ilə qorumaq istəyirlər.

Lamiyə

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью