İran yalan deyir, Bəşər Əsəd Dəməşqdə deyil VSJ

08.12.2024

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriya və İran mənbələri bunun əksini iddia etsə də, Bəşər Əsəd Dəməşqdə deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Voll Strit Jurnal" diplomatik mənbələrinə istinadla məlumat yayıb.

Qeyd edək ki, Bəşər Əsədin ötən gün axşam yerli vaxtla saat 20:00-da xalqa və beynəlxalq ictimaiyyətə müraciət edəcəyi bildirilsə də, bu, baş tutmayıb, əvəzində Suriya Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri televiziya vasitəsilə çıxış edib. Bu isə Bəşər Əsədin Dəməşqdə olmadığı ehtimalını gücləndirib.

Bundan öncə Bəşər Əsədin Tehrana sığındığı haqda məlumat yayılmışdı.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью