“İran Yaxın Şərqdə ABŞ nin hərbi hərəkətlərini izləyir”

26.01.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

 “İran hərbi personalı ABŞ qüvvələrinin Yaxın Şərqdəki bütün hərəkətlərini yaxından izləyir və ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün lazımi tədbirləri görür”.

525.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqayi ABŞ Prezidenti Donald Trampın bölgəyə çoxsaylı Amerika gəmilərinin göndərilməsi ilə bağlı fikirlərini şərh edərkən bildirib.

"Regiona hər hansı bir gəmi göndərmək İranın möhkəmliyinə və suverenliyini qorumaq əzminə heç bir şəkildə təsir etməyəcək. Buna görə də, İran Silahlı Qüvvələri vaxt itirmədən ölkənin müdafiə qabiliyyətini gücləndirmək, milli suverenliyini və ləyaqətini qorumaq üçün bütün hərəkətləri yaxından izləyir”, - Bəqayi vurğulayıb.

Yanvarın 23-də Tramp ABŞ-ın İranı izlədiyini və bölgəyə əhəmiyyətli dərəcədə qüvvələr yerləşdirdiyini açıqlayıb.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью