İran yenə ABŞ ni təkzib etdi

29.06.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın xarici işlər nazirinin müavini, ABŞ ilə memorandumun icrası üzrə danışıqlar qrupunun üzvü Kazem Qəribabadi bu həftə Qətərin paytaxtı Dohada İran və ABŞ nümayəndələri arasında texniki məsləhətləşmələrin keçiriləcəyi barədə məlumatları təkzib edib.

Modern.az xəbər verir ki, iranlı diplomat jurnalistlərə açıqlamasında belə görüşlərin keçirilməsinin hazırda gündəmdə olmadığını bildirib.

“Bu həftə işçi qruplarının texniki iclaslarının keçirilməsi planlaşdırılmır. Qətərlə, o cümlədən qarşı tərəfin öhdəliklərinin yerinə yetirilməsinə nəzarət məsələləri üzrə məsləhətləşmələr adi qaydada davam etsə də, bəzi KİV-lərdə Dohada texniki işçi qruplarının danışıqlarının keçiriləcəyi barədə yayılan xəbərlər təsdiqini tapmır”, – deyə Qəribabadi vurğulayıb.

Nazir müavini qeyd edib ki, tərəflər hələlik texniki danışıqların keçiriləcəyi məkan və vaxtla bağlı razılığa gələ bilməyiblər.

"Bu məsələ ilə bağlı məsləhətləşmələr vasitəçi ölkələrin dəstəyi ilə davam etdirilir",-o deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью