İran yenə ərəb ölkələrini hədələdi: Çoxlu sürprizlərimiz var

16.09.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Təəssüf ki, Fars körfəzinin cənubundakı bəzi ölkələr İranın düşmənləri üçün bazaya çevrilib".
Bizim.Media xəbər verir ki, bu sözləri SEPAH-ın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının rəisinin keçmiş müavini Məhəmməd Cəfər Əsədi deyib.
O bildirib ki, İran bölgə xalqlarına hörmətlə yanaşır.
 

"Biz bu regionun əhalisini öz xalqımız kimi görürük, lakin bu ölkələrin rəhbərləri bilsinlər ki, artıq güzəştə getməyəcəyik. Biz regionu İslam düşmənlərinin murdar varlığından təmizləməliyik və düşmənlər bu regionu tərk etməlidirlər.


Əgər bu ölkələrin rəsmiləri bir daha "Böyük Şeytan" üçün baza yaratmaq istəsələr, şübhəsiz ki, region əhalisi buna icazə verməyəcək. Bizim də Allahın lütfü ilə əlimizdə bir-birinin ardınca nümayiş olunacaq çoxlu sürprizlərimiz var", - deyə keçmiş general ərəb ölkələrini hədələyib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью