Icma.az, GlobalInfo saytına istinadən bildirir.
İran tərəfindən İsrail ərazisinə qarşı növbəti raket hücumu başlayıb.
Globalinfo.az xəbər verir ki, İranın elit hərbi qurumu olan SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) hücumun “69-cu zərbə dalğası” olduğunu açıqlayıb.
Rəsmi mənbələr bildirir ki, raketlər əsasən İsrailin şimal və mərkəzi bölgələrində yerləşən iri şəhərlərə — Hayfa, Təl-Əviv və Akka istiqamətində atılıb.
İsrail tərəfi hələlik itkilər və dağıntılarla bağlı rəsmi açıqlama verməyib, lakin hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi bildirilir.
Tahir Turan