İran yeni nüvə bloklarının tikintisinə başlayır

24.04.2026

Icma.az bildirir, Unikal.az portalına istinadən.

İran mütəxəssisləri Buşehr Atom Elektrik Stansiyasının yeni enerji bloklarının tikinti sahəsinə qayıtmağa başlayırlar.

"Unikal" xəbər verir ki, bu barədə "Rosatom"un baş direktoru Aleksey Lixaçev bildirib.

Onun sözlərinə görə, tikintinin bərpasının vaxtı hərbi münaqişənin bitməsindən asılıdır: "İlk dəfə olaraq deyə bilərik ki, yaxşı xəbər var. İranlı mütəxəssislər yavaş-yavaş əraziyə qayıtmağa başlayırlar. Bəli, bu, hələ tammiqyaslı tikinti deyil. Maşın və avadanlıqları sınaqdan keçirir və bəzi yoxlamalar aparırlar. Və biz fəal şəkildə əməkdaşlıq edirik. Buna görə də işçilərimiz Buşehrdə qalıblar.

İkinci və üçüncü blokların tikintisinə kifayət qədər tez bir zamanda qayıtmaq ehtimalı var. Lakin, çox şey Yaxın Şərqdə, Hörmüz boğazında münaqişənin bitməsindən asılıdır". 

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью