İran yeni nüvə sazişinə hazırdır

29.08.2025

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreşə müraciətində Tehranın yeni nüvə sazişi bağlamağa hazır olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında dərc olunan məktubda deyilir.

O, gələcək razılaşmanın İran xalqının hüquq və mənafelərini nəzərə almalı olduğunu vurğulayıb.

Əraqçi İranın nüvə proqramı üzrə yeni sazişin hazırlanması istiqamətində konstruktiv dialoqa sadiqliyini ifadə edib.

“Razılaşma təkcə Tehranın NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) üzrə hüquq və maraqlarını deyil, həm də bütün qarşılıqlı narahatlıqları, o cümlədən İran xalqına qarşı onların həyatına və rifahına təsir edən sanksiyaları nəzərə almalıdır”, - Əraqçi vurğulayıb.

Aminə Şahsuvarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью