İran Yeni Zelandiya matçı heç heçə ilə başa çatıb

16.06.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli komandaları üz-üzə gəlib.

Modern.az xəbər verir ki, G qrupunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesabı 7-ci dəqiqədə Yeni Zelandiya yığmasının üzvü İlayca Cast açıb. İran millisi 32-ci dəqiqədə Ramin Rezayanın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib.

İkinci hissədə İlayca Cast 55-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vuraraq Yeni Zelandiyanı yenidən hesabda irəli çıxarıb. Lakin İran yığması 64-cü dəqiqədə Məhəmməd Moxebinin qolu sayəsində məğlubiyyətdən xilas olub.

Beləliklə, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb və hər iki komanda aktivinə bir xal yazdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью