Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün İranın paytaxtı Tehranda İsrail ilə müharibədə həlak olan yüksək rütbəli mülki və hərbi rəsmilər üçün kütləvi dəfn mərasimləri keçiriləcək.
Bakupost.az İran KİV-nə istinadən xəbər verir ki, dəfnlə əlaqədar paytaxtda dövlət qurumları üçün iş günü elan edilməyib.
Yüksək vəzifəli mülki və hərbi şəxslərin dəfn mərasimi yerli vaxtla saat 08:00-da İnqilab Meydanında başlayacaq.
Tehran İslam Təbliğatı Koordinasiya Şurasının rəhbəri Məhəmməd Hüseyn Mahmudinin sözlərinə görə, şənbə günü İsrailin Tehrana hücumları nəticəsində həlak olan 60-dan çox şəxs üçün dəfn mərasimləri keçiriləcək.
Aysel,
Bakupost