İran zəifləyib, İsrail sona qədər gedəcək Saar

17.03.2026

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, ölkəsi İranda dəyişiklik üçün zəmin yaratmaq məqsədilə mövcud rəhbərliyi zəiflətməyə çalışır. Tehran artıq ciddi şəkildə zəifləyib.

Globalinfo.az-ın xəbərinə görə, o qeyd edib ki, İsrail hər il yeni müharibə ilə qarşılaşmaq istəmir və bunun qarşısını almaq üçün hazırkı siyasətini davam etdirməlidir.

Saarın sözlərinə görə, bu addımlar iran xalqının öz gələcəyini müəyyən etməsinə şərait yaratmağa yönəlib.

O vurğulayıb ki, bunun üçün “repressiv rejim” kifayət qədər zəiflədilməlidir.

Nazir əlavə edib ki, son zərbələrdən sonra İran əvvəlki ilə müqayisədə xeyli zəifləyib və İsrail qarşıya qoyduğu məqsədlərə çatana qədər əməliyyatlarını davam etdirəcək.

Əliyar Xəlil
Glibalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью