İran zəifləyib və ABŞ ilə vaxt öldürmək istəyir

11.03.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran ABŞ Prezidenti Donald Trampın istənilən hərəkətini gecikdirməyə və digər Amerika Prezidentləri kimi onunla oynamağa çalışacaq. 

Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazı dərc edib.

Qeyd olunub ki, İran İsrailin təzyiqi ilə son onilliklər ərzində ən zəif vəziyyətdədir:

“HƏMAS məhv edilib, Hizbullahın məqsədi yoxdur, Suriyada isə Bəşar Əsəd rejimi süqut edib. Bütün bunlar o deməkdir ki, ABŞ yeni saziş axtarırsa, Trampın təbirincə desək, “hərbi qələbəyə bərabər olan” razılaşmaya can atmalıdır”, - deyə vurğulanıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью