“İran Zəngəzur dəhlizi üçün Azərbaycanla döyüşəcək, ya yox?” | Icma.az
Icma.az, Bakupost portalına istinadən məlumat yayır. “Ermənistan təsir zonaları olan “kiçik Suriyaya” çevrilir.
Rus qoşunları, avropalı müşahidəçilər, indi isə amerikalılar Ermənistanda olacaq”.Bakupost.az xəbər verir ki, “Alpha News”un baş redaktoru Tiqran Köçəryan pravda.ru-nun xüsusi müxbiri Dərya Aslamovaya müsahibəsində belə deyib.Erməni politoloq deyib ki, faktiki Rusiya bölgədə mövqelərini sürətlə itirir.“Ankara ilə diplomatik əlaqələr qurulan kimi isə Gümrüdəki Rusiya bazası, Türkiyə ilə sərhəddəki rus sərhədçilərinin taleyi də sual altında qalacaq.
Rusiya Ermənistanın cənub hissəsindən çıxarıldı, indi də ölkənin cənubunda Rusiya konsulluğunun açılmasına icazə vermirlər.
Eyni zamanda, simvollardan, milli mövqelərdən uzaqlaşma müşahidə olunur: ermənilər üçün müqəddəs sayılan Ağrı dağı tədricən dövlət rəmzlərindən çıxarılır, Paşinyan onu Araqats dağı ilə əvəz edir, XİN isə erməni soyqırımının tanınmasının prioritet məsələ olmadığını bəyan edir”.Erməni baş redaktora görə, Rusiya bölgədən gedəndə “Ermənistan Türkiyə ilə Azərbaycan arasında suverenliyi olmayan tranzit məntəqəyə çevriləcək”:“Əliyev öz vətəndaşlarının Ermənistan ərazisinə qaytarılmasında israr etməkdə davam edir.
Bura 300 min azərbaycanlı qaçqın qayıtsa, bu, ilk növbədə, demoqrafik bomba olacaq.
İkincisi, bu, siyasi bomba olacaq, çünki bu insanlar artıq seçkilərdə iştirak edə biləcəklər”.Köçəryan deyib ki, belə davam etsə, hətta Paşinyandan sonra gələn güclü lider də “Azərbaycana güzəştlərinə yenidən baxa” bilməyəcək.
Köçəryan İranın Zəngəzurla bağlı mövqeyi haqda da danışıb:“İran çox zəifləyib. Livanda, Suriyada təsirini itirib.
Hizbullah və HƏMAS-ın “başı kəsilib”, SEPAH komandirləri bir-birinin ardınca öldürülür.
Tam oxu
Xəbəri oxu