İran Zəngəzura mütəxəssislər göndərdi: sürətli iş aparır

07.11.2024

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qafana səfər edən iranlı mütəxəssislər Zəngəzur mis-molibden zavodunda və Şimal-Cənub magistralının tikinti sahələrində olublar.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Aparatı mətbuat xidməti məlumat yayıb.

İranlı ekspertlər və media nümayəndələri Zəngəzur mis-molibden zavodunun tam sənaye dövrü ilə tanış olub, şirkətin istehsalat sahələrinə, açıq mədəninə ekskursiya keçirib.

Daha sonra Şimal-Cənub magistral yolunun Aqarək-Kacaran hissəsində iranlı podratçı tərəfindən tikilən yolun bir hissəsinə baş çəkiblər. Qonaqlar iranlı inşaatçılarla görüşüb söhbət edib, dövlətlərarası yolun tikintisi ilə bağlı aparılan genişmiqyaslı işlərin şahidi olublar. Sabah erməni ekspertlərin iştirakı ilə yekun panel müzakirələri keçiriləcək”, – məlumatda qeyd olunur.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью