İran Zəngəzurdakı infrastruktur layihələrində

07.11.2024

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bunu Ermənistanın Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan Qafanda keçirilən “Ermənistan-İran: əməkdaşlıq və perspektivlər” adlı seminarda iranlı sərmayədarları bölgəyə cəlb edən sahələr haqqında danışarkən deyib.
"İran tərəfi ilə əməkdaşlıq mühüm sahələri, o cümlədən yol tikintisi və mədən işlərini əhatə edir. Həmçinin, Şimal-Cənub layihəsi hər iki ölkə üçün əsas, açar rolunu oynayır", - Qukasyan vurğulayıb.
Son bir ildə həm Zəngəzurda, həm də İrəvanda haqqında söz açılan sahələr üzrə mühüm görüşlər keçirilib. Qubernator qeyd edib ki, “Şimal-Cənub” layihəsinin uğurla həyata keçirilməsi üçün Ermənistan öz infrastrukturunu modernləşdirməli olacaq: "Bu isə İranla nəqliyyat əlaqələrini asanlaşdıracaq və sərhəddə imkanları artıracaq".
Tural Tağıyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью