İrana 7 gecə ardıcıl HÜCUM

19.07.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Mərkəzi Komandanlığı Baş Komandanın göstərişi ilə İrana qarşı daha bir hücum mərhələsini başa çatdırıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“ABŞ-nin ardıcıl səkkizinci gecə hücumları, Mərkəzi Komandanlıq qüvvələri İranın sahil kəşfiyyatı və hava müdafiəsi aktivlərinə, dəniz obyektlərinə, raket və pilotsuz təyyarələrin saxlanma yerlərinə uğurla zərbələr endirərək İranın hərbi imkanlarını zəiflətməyə davam etdi. ABŞ qüvvələri həmçinin 17 iyulda İordaniyada ABŞ şəxsi heyətinə hücumlar həyata keçirən İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələrinə zərbələr endirdi”,-deyə məlumatda bildirilir.

ABŞ ordusu qeyd edib ki, 50 mindən çox ABŞ hərbçisi və şəxsi heyəti Yaxın Şərqdə fəaliyyət göstərir:

“Onlar ayıq-sayıq, diqqətli, öldürücü və hərəkətə hazırdırlar”.

“Fars” agentliyinin məlumatına görə, zərbələr Xuzistan əyalətindəki Şadeqan şəhərini, Hörmüzqan əyalətindəki Xocaabad və Sirik şəhərlərini və Qeşm adasını hədəf alıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью