İrana ağır zərbə: Təbriz vuruldu

30.03.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ və İsrail ordusu İranın Təbriz şəhərini hava hücumuna məruz qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycanın Böhranların İdarə Edilməsi İdarəsinə istinadən ISNA məlumat yayıb.

Şərqi Azərbaycanın Böhranların İdarə Edilməsi İdarəsinin baş direktoru Məcid Fərşi bildirib ki, Neft-Kimya Müəssisəsinə hava zərbəsi endirilib, obyektə ziyan dəyib, amma bu, benzin istehsalını dayandırmayıb:

“Bu hücumlarda Təbrizin 2 mülki nöqtəsi, o cümlədən Təbriz hava limanının idarəetmə qülləsi və uçuş-enmə zolağı, eləcə də Təbriz Neft-Kimya Müəssisəsi hədəf alınıb. Xoşbəxtlikdən bu iki hücumda ölən və yaralanan olmayıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью