İrana Azərbaycandan keçməklə qaz xətti çəkiləcək

20.04.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyadan İrana Azərbaycandan keçməklə qaz kəməri layihəsi üçün "hibrid maliyyələşdirmə modeli" müzakirə olunur. 

“Cebehinfo.az”-ın məlumatına görə, İranın Rusiyadakı səfiri Kazim Cəlali belə deyib. 

Səfirin sözlərinə görə, Rusiyanın iri enerji şirkətləri bu sxemdə iştirak edə bilər və ödənişlər milli valyutada həyata keçiriləcək. Cəlali layihənin dəyərini açıqlamayıb.  

Lakin o, Tehranın tikinti xərclərini təkbaşına ödəməyi gözləmədiyini bildirib. Cəlali Azərbaycan marşrutunu iki ölkə arasında qaz əməkdaşlığının inkişafı üçün ən real və hazır variant adlandırıb.

O, alternativ marşrutların texniki cəhətdən mümkün olduğunu vurğulasa da hazırkı vəziyyətdə Azərbaycandan keçən marşrutu ən praktik və etibarlı hesab etdiyini deyib.

Müşfiq Abdulla 
 “Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью