İrana bu təklif edildi

23.08.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın bu ilin avqust ayının 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış müdafiə sazişinə qoşulmağa dəvət edildiyi bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Məlumata görə Tehran hazırda dəvəti nəzərdən keçirir.

İranın sazişə qoşulmağa təklif alması ilə bağlı məlumat hələ İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan tərəfindən rəsmi təsdiqlənməyib.

Qeyd edək ki, Türkiyə sazişin gələcəkdə digər ölkələrin də iştirakı ilə genişləndirilə biləcəyini açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью