İrana casusluq edən israilli saxlanılıb TƏFƏRRÜAT FOTO

27.02.2025

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin Baş Təhlükəsizlik Xidməti (Şabaq) və polisi İrana casusluq etməkdə şübhəli bilinərək mərkəzi Petah-Tikva şəhərinin sakini 26 yaşlı Daniel Ki Tova saxlayıb.

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, istintaq zamanı məlum olub ki, o, bir neçə aydır ki, İran rəsmisi ilə əlaqə saxlayıb və onun göstərişlərinə əsasən küçələrdə qrafit çəkib.

Həmçinin məlum olub ki, ona Şin Betin (Təhlükəsizlik Xidməti) rəisi Ronen Baranın evinin, eləcə də Hərbi Hava Qüvvələrinin hərbi bazalarının şəklini çəkmək tapşırılıb. Eyni zamanda Danielin özü kiməsə İsrailin hərbi kabinetinin əsas fiqurlarından olan keçmiş üzvü Benni Qantsın evinin fotosunu çəkməyi təklif edib, ondan imtina edilib.

İsrail mediasına görə, tapşırıqlarını yerinə yetirdikdən sonra (dekabr 2024) Daniel təqribən 7000 dollar alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью