İrana ciddi hücum gözlənilir TƏHLİL

01.02.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Turab Rzayev: ABŞ-nin əsas zərbə qüvvələri Fars körfəzində yerləşdirilib

İranla ABŞ arasında gərginlik artır. İranın ali lideri Ayətullah Əli Xamenei, ABŞ-nin İrana hücum etməsi halında münaqişənin regional miqyas alacağını və Tehranın sərt cavab verəcəyini bildirib.

O, həmçinin ölkədəki son etirazları dövlət çevrilişi cəhdi kimi qiymətləndirib. ABŞ isə, prezident Trampın açıqlamalarına əsasən, Fars körfəzinə hərbi qüvvə göndərib və lazım gələrsə güc tətbiq etməyə hazır olduğunu bəyan edib. Regiondakı vəziyyət hələlik gərgin qalır və hər iki tərəf diplomatik həllə üstünlük verir. Lakin hadisələrin nə ilə nəticələnəcəyi sual altındadır. 

Politoloq Turab Rzayev Sherg.az-a açıqlamasında İrana qarşı ciddi hücum əməliyyatının gözlənidiyini deyib: 

"ABŞ-nin əsas zərbə qüvvələri Fars körfəzində yerləşdirilib. Bundan əlavə, uzun müddətdir həm İsrail təhlükəsi ilə bağlı tədbirlər artırılıb, həm də körfəzdəki ABŞ qüvvələrinin təhlükə səviyyəsi yüksəldilib. Artıq ABŞ işçiləri və əməkdaşları bu bölgədən uzaqlaşdırılıb. Eyni zamanda, Avropanın əsas ölkələrinin rəhbərləri də İranın ordusunun əsas qüvvələrinin səfərbərliyini, eləcə də terror fəaliyyətlərinin mümkün nəticələrini nəzərə alaraq, ABŞ-nin potensial hücumuna qarşı hazırlıqlı olmağa çalışırlar. İran ordusu “terrorçu” kimi qiymətləndirildiyi üçün ABŞ ona zərbə endirə bilər. Bu, İraq və Əfqanistana hücumlarda tətbiq edilmiş bəhanələrə bənzəyir.

Başqa bir məqam odur ki, Böyük Britaniya da ABŞ-la birlikdə İran hücumuna dəstək verməyə hazırdır. Faktiki olaraq, müharibə tərəflərinin sayı artır. ABŞ, İsrail və Britaniyanın bəzi qüvvələri regionda hərəkət edərkən, Birləşmiş Ərəb Əmirlikləri də onlara dəstək verir. Regiondakı bəzi ölkələr, məsələn, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı, müharibədən qaçmağa çalışır, ABŞ daxilindəki bəzi qüvvələr isə İranla münaqişədə daha ehtiyatlı davranırlar".

Analitik hazırda Epişteyn əməliyyatlarının başladılmasının Tramp administrasiyasını ciddi təzyiq altında qoyduğunu söyləyib: 

"Bu səbəbdən, Tramp da belə bir kampaniyanın həyata keçirilməsinə ehtiyac duyur. Bundan sonrakı əməliyyat daha şiddətli ola bilər. Məlumata görə, Tramp əməliyyat keçirmək niyyətindədir. İran rəhbərliyinə xəbərdarlıq edilib ki, əlavə hücumlar etməsin. Lakin görünən odur ki, bu xəbərdarlıq kifayət etməyib və İran buna əhəmiyyət verməyib.

İki halda İrana daha ağır zərbələr endirilə bilər. Bu zərbələr əsasən İranın liman xətləri və loqistik infrastrukturu hədəf alacaq. Çünki İranın gənc qüvvələrinin hərbi potensialı hazırda regionda yalnız Türkiyə ilə müqayisədə məhduddur. ABŞ Suriyadakı sələfi qrupları, döyüşçüləri və ya YPG/PYD-dən qalan döyüşçüləri İrana yönəltməyə çalışa bilər. Lakin onların nə qədər effektiv olacağı sual altındadır. Çünki indiyə qədər digər qüvvələr göstərir ki, onların gücü yetərli deyil və İranda ciddi qarşılıq yaradır".

Ekspert hava əməliyyatlarının da mümkün olduğunu bildirib: 

"ABŞ-Rusiya-İran arasındakı loqistik nəqliyyat müttəfiqləri narahatdır. Bu səbəbdən Rusiyanın Cənubi Okeandan çıxışını bağlamaq üçün İrandakı limanları hədəf alması gözlənilmir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью