“İrana doğru nəhəng armada hərəkət edir” Tramp

30.01.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranın ABŞ ilə yeni saziş imzalamaq istədiyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə Oval kabinetdə fərmanların imzalanması zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, rəsmi Tehran artıq danışıqlar masasına oturmağa hazırdır:

“Bir şeyi deyə bilərəm: onlar (İran – red.) razılığa gəlmək istəyirlər”.

Buna baxmayaraq, Ağ Ev rəhbəri İrana qarşı hərbi təzyiqi artırmaqda da davam edir:

“Hazırda İran sahillərinə doğru nəhəng hərbi dəniz qrupu (armada) hərəkət edir. Bu hərbi güc vaxtilə Venesuela sahillərinə göndərilən qüvvələrdən qat-qat böyükdür. Əgər tərəflər arasında razılıq əldə olunmasa, nələrin baş verəcəyini hamı görəcək”.

Qeyd edək ki, “New York Times” qəzetinin məlumatına görə, Pentaqon artıq prezidentə İrana qarşı mümkün hərbi əməliyyatların siyahısını, o cümlədən nüvə obyektlərinə zərbə endirilməsi variantlarını təqdim edib. Trampın bu addımları Tehranı danışıqlara məcbur etmək üçün “güc nümayişi” kimi qiymətləndirilir.

Xatırladaq ki, ötən ilin iyun ayında “Gecəyarısı çəkici əməliyyatı” (“Operation Midnight Hammer”) ilə ABŞ və İsrailin İranın strateji obyektlərinə endirdiyi zərbələrdən sonra regionda gərginlik pik həddə çatıb. Tramp növbəti mümkün hücumun əvvəlkindən “çox daha ağır” olacağını söyləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью