Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp İran nümayəndələrinə etibar etmədiyini bildirib.
Hurriyyet.Media xəbər verir ki, o, bunu Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib:
"Mən İrana etibar etmirəm. Mən İrana etibar edəcək sonuncu insanam".
Eyni zamanda, Amerika lideri ABŞ-ın İran məsələsində "çox yaxşı mövqedə" olduğunu iddia edir: "İranla bağlı hər şey çox yaxşı gedir".