İrana göndərilən yardım Qaradağa çatdı

26.03.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın İrana göndərdiyi humanitar yardımın növbəti hissəsi Azərbaycan ərazisinə daxil olub.

Modern.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus dərman yükləri daşıyan qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Qaradağ stansiyasına çatıb. Humanitar yardımın ümumi çəkisinin 300 tondan artıq olduğu bildirilir.

Məlumata görə, yüklər burada boşaldıldıqdan sonra İran tərəfinə təhvil veriləcək və yük avtomobilləri vasitəsilə təyinat məntəqələrinə çatdırılacaq.

Xatırladaq ki, daha əvvəl, martın 12-də Rusiyadan göndərilən 13 tondan çox dərman və tibbi ləvazimat da Azərbaycan üzərindən tranzitlə İrana çatdırılmışdı.

Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı rəsmi Bakının göstərdiyi dəstəyə görə təşəkkür edib. Putin, xüsusilə Rusiya vətəndaşlarının İrandan təxliyəsi və humanitar yüklərin Azərbaycan ərazisindən keçidinə yaradılan şəraiti yüksək qiymətləndirib. (Report.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью