İrana görə bəzi Ermənistan vətəndaşları Bakı, Azərbaycan vətəndaşları isə İrəvanın hava limanındadır

13.06.2025

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzi Ermənistan vətəndaşları ləğv edilmiş reyslər və İran hava məkanının qapalı olması səbəbindən Bakı hava limanında olublar.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, vəziyyətlə bağlı davamlı işlər gedir.

Məlumata görə, yaranmış vəziyyətlə əlaqədar bəzi təyyarələr İrəvanın "Zvartnots", bəziləri isə qonşu ölkələrin hava limanlarına eniş edib.

"Məhz bu səbəbdən Ermənistan vətəndaşları Azərbaycanın paytaxtı Bakının, Azərbaycan vətəndaşları isə İrəvanın "Zvartnots" hava limanındadır" - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью