“İrana hərbi müdaxilə ABŞ üçün sonuncu variantdır” | Icma.az
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“ABŞ-nin Yaxın Şərqdə daim hərbi kontingenti mövcuddur və bu bölgədə Amerika qüvvələrinin sayının həm artırılmasına, həm də azaldılmasına mütəmadi olaraq şahid olunur”.
Bunu politoloq Sədrəddin Soltan XalqCəbhəsi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, regiona hər bir hərbi gəminin daxil olması avtomatik olaraq İrana hücum ediləcəyi anlamına gəlmir: “Buna baxmayaraq, İrana qarşı hərbi əməliyyatların keçirilməsi ehtimalı ABŞ-nin siyasi və hərbi gündəmindən heç vaxt tamamilə çıxmayıb.ABŞ üçün İrana qarşı hərbi müdaxilə sonuncu variant hesab olunur.
Vaşinqton hələ də İran hakimiyyətinin ABŞ-nin şərtlərinə uyğun müəyyən addımlar atacağına ümid edir.
Lakin indiyədək bu istiqamətdə ciddi dəyişiklik müşahidə olunmayıb.İranın ali dini lideri Ayətullah Əli Xameneinin son çıxışı, ABŞ-ni açıq şəkildə hədələməsi, ölkədə baş verən etiraz aksiyalarına görə Vaşinqtonu ittiham etməsi Tehranın hələlik danışıqlara yaxın olmadığını göstərir.Bu cür bəyanatlar İranın kompromisə meyilli olmadığını nümayiş etdirir və gərginliyi daha da artırır.
Politoloq vurğulayıb ki, mövcud vəziyyət ABŞ-nin İrana qarşı hərbi əməliyyatlar ehtimalını müəyyən qədər artırsa da, bu ssenari hələlik ehtimal səviyyəsində qalır: “İran–ABŞ münasibətlərində problemlərin həll olunmaması bölgədə risklərin davam etməsinə və gərginliyin qorunub saxlanmasına səbəb olur”.
Günel Elxan Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu