Icma.az, GlobalInfo saytına istinadən bildirir.
ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqdə çoxgünlük döyüş hazırlığı təlimlərinə başladığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.
Bildirilir ki, təlimlərin əsas məqsədi qırıcıların bölgədə yerləşdirilməsi, sürətli şəkildə yayılması və operativ şəkildə saxlanılması imkanlarını nümayiş etdirməkdir.
ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi tərəfindən yayımlanan bəyanatda bildirilib ki, bu təlimlər bölgədə mümkün təcavüzlərin qarşısını almağa, səhv hesablama riskini azaltmağa və müttəfiq ölkələrin etimadını möhkəmləndirməyə xidmət göstərir.
Açıqlamada vurğulanıb ki, ABŞ Yaxın Şərqdə “etibarlı, döyüşə hazır və məsuliyyətli hərbi mövcudluq” saxlayır və bu, regional sabitliyi qorumağa yönəlib.
Məlumata əsasən, təlimlər “güc vasitəsilə sülhün möhkəmləndirilməsi” strategiyasının tərkib hissəsidir.
Qeyd edək ki, mənbələr ABŞ-ın yaxın vaxtlarda İrana hücum edəcəyini yazırlar.
Safura Bənnayeva
Globalinfo.az