Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail ordusu yenidən İrana zərbə endirməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir deyib.
O bildirib ki, İranın yeni şərtlər diktə etmək, reallığı dəyişmək cəhdləri uğurlu alınmayacaq və İsrail ordusu Hizbullah-a qarşı əməliyyatları davam etdirəcək.
“İsrail ordusu İranla döyüşə qayıtmaq üçün çevik hazırlığa malik olub və indi də malikdir. Biz İrana daha bir ağır və dərin zərbə vurmağa hazırıq”.