İrana hücum planı təqdim edildi

13.01.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İrana qarşı istifadə oluna biləcək genişspektrli proqram - hərbi alətlər və gizli əməliyyatlardan ibarət paket ABŞ Prezidenti Donald Trampa təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin iki rəsmisi CBS-yə bildirib.

Bildirilib ki, bu variantlar adi hava hücumlarından xeyli irəli gedir.

Qeyd edilib ki, prezidentin milli təhlükəsizlik üzrə komandası yanvarın 13-də Ağ Evdə keçiriləcək iclasda İranla bağlı yenilənmiş variantları müzakirə etməyi planlaşdırır.

Hələlik Donald Trampın şəxsən bu iclasda iştirak edib-etməyəcəyi məlum deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью