Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistan İrandan neft alışını dayandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
O, rəsmi Dehlinin qərarını verdiyini bildirib: "Hindistan gəlir. Onlar İran əvəzinə Venesueladan neft alacaq. Razılaşma var. Venesuela neftinin qapısı Çinə də açıqdır...".
ABŞ lideri İrana hücum ehtimal barədə suala gəldikdə isə o, hələ qərar verilmədiyinə eyham vurub: "Dəqiq deyə bilmərəm, amma bu istiqamətdə çox böyük və güclü gəmilərimiz var. Ümid edirəm ki, onlar məqbul bir şey barədə danışıqlar aparacaqlar".
Tramp bir daha İranın nüvə silahı olmayacağından söz açıb: "Nüvə silahı olmadan hər kəsi qane edən danışıqlar yolu ilə razılaşma əldə etmək olar və onlar bunu etməlidirlər, amma edəcəklərini bilmirəm. Onlar bizimlə danışırlar. Onlar bizimlə ciddi şəkildə müzakirəyə başlayıblar...".
Firudin Səfərli
MİA.AZ