İrana hücum ssenarisi: İki əməliyyat keçiriləcək, bu ərazilər vurulacaq

28.01.2026

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ-ın hərbi qüvvələrini bölgəyə göndərməsi İrana zərbələrin endirilməsi ehtimalını gücləndirir, lakin belə bir hücumun miqyası mübahisəli ola bilər”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərmanlı deyib:

Siyasi şərhçi bildirib ki, İran planını iki kontekstdə qiymətləndirmək mümkündür:

Birincisi, Tehranla danışıqların aparılması və tələblərin qəbul etdirilməsidir. Bura nüvə proqramından imtina, proksi qüvvələrə dəstəyin verilməsinin dayandırılması, yəni İranın regional iddialarından əl çəkməsi, eyni zamanda, rejimin yumşaq keçidlə dəyişdirilməsi daxil ola bilər. ABŞ Prezidenti Donald Tramp da danışıqların ola biləcəyi mesajını verdi. Bölgəyə ABŞ qüvvələrinin yerləşdirilməsi də İran rejimini masada təslim olmağa məcbur etmək məqsədi daşıyır.

İkincisi, hərbi zərbələrin endirilməsi ilə tələblərin qəbul etdirilməsidir. Bu zərbələrin miqyasını danışıqların gedişi müəyyən edə bilər. İstisna deyil ki, mümkün danışıqlarda Tehranın tələblərin qəbul edilməsində tərəddüd edəcəyi təqdirdə, məcburetmə məqsədilə kiçikmiqyaslı zərbələr vurula bilər. Bu zərbələrin hədəfi hərbi-siyasi rəhbərlik olacaq. Lakin İran ümumiyyətlə danışıqlardan imtina edər və müqavimət göstərərsə, o zaman əməliyyatın genişmiqyaslı olacağı ehtimalı yüksəkdir. Genişmiqyaslı əməliyyatda hərbi-siyasi rəhbərliklə yanaşı, SEPAH başda olmaqla rejimin dayağı olan təhlükəsizlik qüvvələri, raket və nüvə obyektləri, o cümlədən kommunikasiya infrastrukturu ola bilər. Bununla yanaşı, paralel şəkildə İranın proksi qüvvələrinə qarşı da əməliyyatların keçirilməsi mümkündür.

Bölgəyə genişmiqyaslı qüvvə yığan ABŞ-ın əliboş geri qayıtmayacağı aydın görünür”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью