Icma.az, Turkstan.az portalına istinadən məlumat verir. İrana qarşı hərbi əməliyyat qaçılmazdır.
Bu barədə ABŞ-ın yüksək vəzifəli rəsmiləri bildiriblər: "Hücum baş verəcək, bu yalnız zaman məsələsidir. ABŞ hərəkətə hazırdır".
Məlumata görə, İsrail ordusu ABŞ-ın hər hansı bir hücumu halında potensial İran cavab zərbəsinə qarşı durmaq üçün yüksək hazırlıq vəziyyətindədir.Bu fonda ABŞ Yaxın Şərqdə öz zərbə qüvvəsini sürətlə artırır.
USS Abraham Lincoln (CVN-72) təyyarədaşıyan gəmisi yanvarın 25-də ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatması gözlənilir.
Beləliklə, yanvarın 25-dən etibarən rəsmi Vaşinqton Tehrana zərbə endirmək üçün tam hazır vəziyyətdə olacaq.
Siyasi şərhçi Fikrət Fəraməzoğlu Musavat.com-a bildirib ki, ABŞ-ın İrana birbaşa hərbi müdaxilə edib-etməyəcəyi dəqiq məlum deyil: "Gedişat bunun real ola biləcəyini deyir.
Lakin dəqiq tarix söyləmək üçün hələ tezdir. Nəzərə alaq ki, ABŞ-ın İrana hücum təşkil etməsi üçün bir sıra önləyici addım atması lazımdır.
Məsələn, İranın bu gün əlində ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını vura biləcək raketləri var.