Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
ABŞ İrana qarşı zərbələri noyabrın 9-da bərpa edə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, əməliyyatlar üçün bu tarixin seçilməsi təsadüfi deyil. Belə ki, noyabrın 9-u Yaxın Şərqdə yeni ayın başladığı günə təsadüf edir ki, bu da hərbi əməliyyatların aparılması üçün əlverişli şərait hesab olunur.
“ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların mümkün bərpası məsələsini müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə müşavirələr keçirib. Noyabrın 9-da Yaxın Şərqdə yeni ay çıxır. Ay işığının demək olar ki, olmadığı bu dövr hərbi əməliyyatların aparılması üçün əlverişli şərait yaradır”, - telekanalın məlumatında deyilir.
Mənbələrin sözlərinə görə, ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı genişmiqyaslı hücumların mümkün bərpasına hazırlığı başa çatdırmaq üzrədir, lakin hələlik Vaşinqtondan yeni göstərişlər almayıb.