İrana hücum variantları Trampa çatdırılıb

27.02.2026

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu barədə ABŞ-nin "ABC News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, iclasa Baş Qərargah rəisi sədri Den Keyn də qoşulub. Müzakirə İsveçrənin Cenevrə şəhərində ABŞ və İran arasında növbəti danışıqların ardınca baş tutub.
Cenevrə danışıqlarının yekununda İranın xarici işlər naziri Abbas Əraqçi vurğulayıb ki, tərəflər müəyyən irəliləyiş fonunda danışıqları gələn həftə Avstriyanın paytaxtı Vyana şəhərində aparmaq barədə razılığa gəliblər. Eyni zamanda, İran Dövlət İnformasiya Şurasının rəhbəri İlyas Həzrətinin sözlərinə görə, Tehran Vaşinqtonun bir sıra tələbinə rədd cavabı verib.
Pezeşkiyan: "Aksiyalarda 400 hərbçi öldürülüb"
Xatırladaq ki, İranda etiraz nümayişləri keçən il dekabrın 28-də milli valyutanın iflası, qiymətlərin kəskin artması nəticəsində başlayıb. Fevralın əvvəlində İranın Prezident Administrasiyası təhlükəsizlik qüvvələri ilə nümayiş iştirakçıları arasında baş vermiş toqquşmalarda ölənlərin sayını açıqlayıb. Hesabata əsasən, itkilərin ümumi sayı 3000-i ötüb. Etiraz aksiyaları, eyni zamanda, İranın nüvə proqramı fonunda Tehran-Vaşinqton münasibətləri son aylar xüsusilə gərginləşib. Fevralın 19-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında İrana nüvə proqramı üzrə saziş imzalamaq üçün 15 gün möhlət verib; əks təqdirdə, İrana zərbə endiriləcəyini diqqətə çatdırıb.
Maraqlıdır ki, Respublikaçılar Partiyasının bir sıra rəsmisi, habelə Donald Trampın bir neçə müşaviri İrana əsas zərbəni ABŞ-nin yox, İsrailin endirməsini dəstəkləyir. Bu baxımdan telekanalın mənbələri diqqətə çatdırırlar ki, İrana qarşı ABŞ-İsrail birgə əməliyyatı istisna deyil.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью