İrana hücuma tam hazırlıq: Vaşinqton əks hücum gözləyir

12.06.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

İsrail İrana qarşı hərbi əməliyyat keçirməyə tam hazırdır.

Ölkə.Az xəbər verir ki, bu barədə bir çox ABŞ rəsmi mənbələri CBS News-a bildirib. 

"Tehrandan mümkün cavab zərbəsini gözləyən Vaşinqton təhlükəsizliyi gücləndirir: Dövlət Departamenti “regional gərginliyin kəskin şəkildə artması” fonunda İraqdan qeyri-vacib ABŞ rəsmilərinin təxliyəsinə göstəriş verib", - deyə qeyd edilib.

İki administrasiya mənbəsinin bildirdiyinə görə, vəziyyətə baxmayaraq, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Uitkoff hələ də iyunun 15-də İranla nüvə proqramına dair danışıqların altıncı raundunu keçirməyi planlaşdırır.

Prezident Tramp Kennedi Mərkəzindəki vəziyyəti də şərh edib: "Amerikalılara bölgəni tərk etmələri tövsiyə olunur, çünki bu, təhlükəli yer ola bilər. Nə olacağını görəcəyik". O, ABŞ-nin İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini bir daha vurğulayıb.

Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью