Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Silahlı Qüvvələri İsrailin İran ərazisinə endirdiyi cavab zərbələrində iştirak etməyib.
Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ İsrailin İrana qarşı cavab zərbələrini miqyas baxımından kifayət qədər məhdud hesab edir.
Qeyd edək ki, dünən gecədən başlayaraq İran İsrailə hücumları bərpa edib. İsrail isə səhər saatlarında Tehran daxil olmaqla, İranın bir neçə şəhərinə zərbələr endirib.