İrana hücumlarda nüvə alimləri də öldürülüb

13.03.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin hücumları nəticəsində bir neçə İran nüvə aliminin öldürüldüyünü açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, İran üçün azadlığa aparan yeni bir yol yaxınlaşır və respublikanın gələcəyi onun vətəndaşlarından asılıdır.
Qeyd edək ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Paytaxt Tehran da daxil olmaqla, İranın çoxsaylı şəhərlərinə hücum olub. Zərbələrdən biri Ali Lider Əli Xameneinin iqamətgahına dəyib. Xamenei bu zərbədən sağ çıxmayıb. Buna cavab olaraq, İran İsrailə və Yaxın Şərqdəki Amerika hava bazalarına raket və pilotsuz təyyarələrlə hücum edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью