İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10.06.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatının bərpası baha başa gələn addım olardı və Hörmüz boğazının uzun müddətə bağlanmasına gətirib çıxara bilərdi.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "ABC News" telekanalına müsahibəsində bildirib.

"Ən yaxşı dostlarımdan bəziləri yenidən bombardmanlara başlamağımı istəyirlər, lakin onlar başa düşmürlər", - ABŞ lideri məhz kimi nəzərdə tutduğunu dəqiqləşdirmədən qeyd edib.

Onun sözlərinə görə, zərbələrin bərpası ciddi iqtisadi fəsadlara gətirib çıxarardı və Hörmüz boğazı aylarla bağlı qala bilərdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью