İrana nüvə hücumu TƏHLÜKƏSİ Ordu hazır vəziyyətə GƏTİRİLDİ

25.02.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran ordusu İsrail və ABŞ-ın mümkün hücumlarınına görə nüvə və raket obyektləri ətrafında hava hücumundan müdafiəni gücləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.
İddialara görə, İran rəhbərliyi hər gecə hücum gözləyir və nüvə obyektlərinin müdafiəsini gücləndirmək istiqamətində işlər xüsusilə İsrailin ilk hücumundan sonra son bir ildə daha da intensivləşib.
Bundan əlavə, İran ABŞ-ın mümkün hücumda iştirak edəcəyindən də narahatdır. Mənbələr bildirir ki, əsas strateji bölgələrdə əlavə hava hücumundan müdafiə qurğuları yerləşdirilib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью