“İrana nüvə silahı yaratmağa icazə verilməməlidir”

22.06.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İran, İsrail və ABŞ gərginliyin daha da artmasının qarşısını almaq üçün danışıqlara başlamalıdır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Avropa Birliyinin (Aİ) diplomatiya rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.

“İrana nüvə silahı yaratmağa icazə verilməməlidir, çünki bu, beynəlxalq təhlükəsizliyə təhdid olardı. Mən bütün tərəfləri geri çəkilməyə, danışıqlar masasına qayıtmağa və gərginliyin daha da artmasının qarşısını almağa çağırıram”, - o yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью