İrana qarşı əməliyyatlar rejimi dəyişəcəkmi?

01.02.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


ABŞ İrana qarşı hərbi əməliyyatlar keçirəcək. Təbii ki, diplomatik danışıqlar yolu ilə problem həll oluna bilər. Amma, İranın Ali dini rəhbəri Ə. Xamenei heç bir danışığa getmir. ABŞ prezidenti D. Trampın şərtləri bir növ İranı təslim olmasıdır.
Müharibə başlayarsa, bundan dagx çox zərər görən İsrail olacaq. İran əlində olan raketlərin 80 faizin İsrailə atacaq. Bu da İsrail də ciddi dağıntılara səbəb olacaq. ABŞ havadan iranı vurması rejimin devrilməsinə gətirib çıxarmayacaq. Quru əməliyyatı isə, ABŞ bəri başdan məğlub olması deməkdir. Çünki onminlərlə dini fanatik ABŞ əsgərlərini İranın qumlu çöllərində qarşılamağa hazır olacaq. ABŞ hesab edir ki, İraq ordusu ABŞ ordusuna müqavimət göstərmədi. Amma, İranda bu belə deyil.
Birincisi, İraq süni yaradılmış dövlətdir. Əhali məzhəblərə bölünərək bir-birine qarşı düşməndi. S. Hüseyn Iraq cəmiyyətini parçalayıb idarə edirdi. Amma, İranda rejim kifayət qədər güclü ideoloji xətt formalaşdırıb. Həmçinin İraqda olduğu kimi İranda daxili məzhəb və dini parçalanma yoxdur.
ABŞ müharibəyə başlayarsa, nəticəsi sual doğurur. İran xalqı Pəhləviləri qəbul etməyəcək. Amma, sistemin içindən yeni rəhbəri qəbul edə bilər.
Təbii ki, ABŞ İrana qarşı hava əməliyyatları İran cəmiyyətinə demokratiya və azadlıq gətirməyəcək.
Məhəmməd Əsədullazadə, siyasi şərhçi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью