İrana qarşı hərbi əməliyyatlara “yox” dedilər

04.06.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Nümayəndələr Palatası Prezident Donald Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmağı nəzərdə tutan “Müharibə Səlahiyyətləri” qanun layihəsini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında keçirilən səsvermədə qanun layihəsi 215 lehinə, 208 əleyhinə səslə qəbul olunub.

Səsvermə zamanı demokratlarla yanaşı, dörd respublikaçı konqresmen də qanun layihəsini dəstəkləyib. Qanun layihəsinin lehinə səs verən respublikaçı konqresmenlər Tomas Massi, Brayan Fitspatrik, Tom Barret və Uorren Devidson olublar.

İrana qarşı hərbi əməliyyatların məhdudlaşdırılmasını nəzərdə tutan oxşar qanun layihəsi ABŞ Senatında da prosedur mərhələsini keçərək yekun səsverməyə çıxarılmaq hüququ qazanıb.

Sənəd Senatda da təsdiqlənərsə, Prezident Donald Trampın imzası üçün Ağ Evə göndəriləcək. Lakin ABŞ mediasında yer alan məlumatlara görə, Trampın belə bir qanun layihəsinə veto qoyacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью