İrana qarşı hərbi hazırlıq: ABŞ bölgəyə əlavə müdafiə sistemləri göndərir

25.01.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ və İran arasında Yaxın Şərqdə gərginliyin artmaqda davam etdiyi bir vaxtda Vaşinqton bölgəyə əlavə hava hücumundan müdafiə sistemləri köçürməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bununla bağlı, ABŞ rəsmiləri məlumat yayıb.
Rəsmilərin sözlərinə görə, plan çərçivəsində bölgəyə əlavə MIM-104 “Patriot” zenit-raket batareyaları və THAAD (Terminal High Altitude Area Defense) ballistik raket əleyhinə müdafiə sistemləri yerləşdiriləcək.
Bu sistemlərin əsas məqsədi ABŞ qüvvələrini və müttəfiqlərini mümkün raket və pilotsuz uçuş aparatları hücumlarından qorumaqdır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью