İrana qarşı hücumlar bərpa olunacaq

13.04.2026

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Pakistanda İranla nəticəsiz danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp və onun müşavirləri Tehranı güzəştə getməyə məcbur etmək üçün İslam Respublikasına qarşı məhdud miqyaslı hücumların bərpası imkanını nəzərdən keçirirlər.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, İranın genişmiqyaslı bombardmanının yenidən başlanması da istisna edilmir. Lakin bu variantın daha az ehtimal olunduğu bildirilir, çünki belə addım regionda vəziyyətin kəskinləşməsinə və Vaşinqtonun uzunmüddətli silahlı münaqişəyə cəlb olunmasına səbəb ola bilər.

Qəzet qeyd edir ki, hər bir ssenari ciddi risklər daşıyır. Belə ki, tammiqyaslı hərbi əməliyyatların davamı ABŞ-nin silah ehtiyatlarının tükənməsi riski ilə müşayiət oluna bilər. Digər tərəfdən, əməliyyatların intensivliyinin azalması Tehran tərəfindən qələbə kimi qiymətləndirilə bilər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью