İrana qarşı müharibədən Azərbaycan daha çox zərər görəcək

28.01.2026

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


"Həm İran ətrafında cərəyan edən proseslər, həm də okeanın o tayından gələn xəbərlər onu deməyə əsas verir ki, İrana qarşı hərbi əməliyyatlar mütləq şəkildə baş verəcək. Əslində Ağ Ev rəhbəri Donald Trampın "İrandakı prosesləri izləməyə üstünlük veririk" açıqlaması Tehranda arxayınlıq yaratmağa xidmət edir. Realda isə İrana qarşı hərbi əməliyyatların müəyyən detalları hazırlanır".
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, İrana qarşı hərbi əməliyyat başlayacağı təqdirdə ondan ən ciddi zərər görən ölkələrdən biri məhz Azərbaycan olacaq:
"İrana qarşı müharibə ölkəmizi humanitar böhranla üz-üzə qoyar, təhlükəsizliyimiz üçün ciddi təhdid yaradar. Müharibə baş verəcəyi təqdirdə Güney Azərbaycanda yaşayan 40 milyon soydaşımız qaçqın statusunda ölkəmizə üz tuta bilərlər ki, bu da ciddi humanitar böhrana gətirib çıxarar. Eyni zamanda hərbi əməliyyatlar İranla Azərbaycan arasında mövcud olan iqtisadi-ticari əlaqələrə öz mənfi təsirini göstərəcək. Ən nəhayət, yaranmış qarışıq vəziyyət İrandan terrorçu qruplaşmaların, qeyri-qanuni silahlı dəstələrin Azərbaycan ərazisinə keçməsinə və ölkəmizdə gərginlik yaratmağa yönəlik fəaliyyətlər göstərməsinə yol aça bilər. Ümumiyyətlə, İrana qarşı müharibə region üçün yaxşı heç nə vəd etmir".
Arzuman Muradlı deyib ki, müharibə regional layihələr, ən əsası Zəngəzur dəhlizinin açılmasına mənfi təsir göstərə, prosesi ləngidə bilər.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью